“Febrayer.com” saytının verdiyi məlumata görə, bu platforma mənəviyyatı rəqəmsal texnoloji yeniliklərlə birləşdirən mühüm bir texnoloji nailiyyət hesab olunur.
Bu unikal təşəbbüs Quran müsabiqələri sahəsində keyfiyyət dəyişikliyini ifadə edir və bu yarışların ənənəvi üsullardan kənara çıxaraq, mənəvi və dini dəyərləri qorumaqla yanaşı, rəqəmsal dövrün və süni intellektin standartlarına uyğun şəkildə keçirilməsini təmin edir.
Platformanın proqram mühəndisi və rəqəmsal dizayneri Muaz Buşuğul (Muad Bouchougul) bildirib ki, bu platforma təkcə iştirakçıların qeydiyyatı ilə məhdudlaşmır; əksinə, Quranı əzbərdən oxuma və tilavət müsabiqələrinin təşkil və idarə edilməsində həqiqi bir inqilabdır.
O əlavə edib: “Bu sistem qabaqcıl, dinamik və avtomatlaşdırılmış rəqəmsal dizaynı ilə müsabiqələrin bütün mərhələlərinin – ilkin qeydiyyatdan başlayaraq müxtəlif mərhələlərə, münsiflik və yekun qiymətləndirmə proseslərinə qədər – peşəkar və səmərəli şəkildə idarə edilməsinə imkan yaradır”.
Bu platforma həmçinin vahid və ağıllı bir sistem kimi, bütün münsiflik mərhələlərində tam şəffaflığı təmin etməklə yanaşı, Quran müsabiqələrinə maraq göstərən hər kəs üçün əlçatan olub, onlara rahat və axıcı istifadəçi təcrübəsi təqdim edir.
Buşuğulun sözlərinə görə, istifadəyə verilmiş bu platforma, ənənəvi müsabiqələrdə təşkilatçılar və iştirakçıların üzləşdiyi çoxsaylı çətinliklərə innovativ texniki həllər təqdim edir, çoxsaylı iştirakçıların asan idarə olunmasına şərait yaradır və vahid və şəffaf qiymətləndirmə meyarlarına riayət etməklə bütün iştirakçılar üçün ədaləti təmin edir.
Platforma həmçinin seçim və mərhələdən kənarlaşdırma proseslərini əhəmiyyətli dərəcədə sürətləndirir, müxtəlif coğrafi bölgələrdən olan iştirakçıların məkan və zaman məhdudiyyəti olmadan müsabiqələrdə iştirakını mümkün edir və bununla da iştirak səviyyəsini artıraraq Quranı əzbərdən oxuma müsabiqələrində ədalətli rəqabəti gücləndirəcək.
4309971