İmam Hüseyn (ə) hərəminin rəsmi məlumatına görə, bu Quran xətmi İraqın “Qurani istedadların milli dəstəklənməsi layihəsi”nin iştirakçılarından olan hafiz və qari Əli Həsən Şümranın səsi ilə yazılıb.
İmam Hüseyn (ə) hərəminin ikinci tərtillə Quran xətmi “Vərş ən Nafi” rəvayəti ilə icra olunub və bu, Kərbəla “Quran” peyk kanalının studiyalarında bu rəvayət üzrə səsyazısı həyata keçirilən ilk Quran xətmidir.
İmam Hüseyn (ə) hərəminin Beynəlxalq Quran Təbliği Mərkəzinin direktor müavini şeyx Əli Əbdul-Tai bu barədə deyib: “Bu Quran xətmi səkkiz aydan artıq müddətdə tamamlanıb. Mən şəxsən bu layihəyə birbaşa nəzarət etmişəm. Gənc qari bu mütrət Quranı yüksək bacarıqla səsləndirib və bu, milli istedadların dəstəklənməsi layihəsində iştirak edən tələbələrin əldə etdikləri irəliləyişin göstəricisidir.”
O əlavə edib: “Bu iş, Qurani istedadlar üçün mühüm bir nailiyyətdir və Mərkəzin Qurani-Kərimə xidmət, eləcə də müxtəlif tərzdə tilavətlərin yayılması istiqamətində gördüyü fəaliyyətlərə əlavə olunur.”
Qeyd edək ki, İmam Hüseyn (ə) hərəminin ilk mütrət Quran xətmi iraqlı hafiz Müntəzir Rəədin səsi ilə səsyazılmışdı. İkinci Quran xətmi isə “Qurani istedadlar layihəsi” çərçivəsində qarî və hafizlərin bacarıqlarının inkişafı və onlara dəstək məqsədilə Beynəlxalq Quran Təbliği Mərkəzinin davamlı səylərinin bir hissəsidir.
4310013