“Əl-Xəlif” qəzetinin verdiyi məlumata görə, bu müsabiqəyə qeydiyyatın son tarixi 2025-ci il oktyabrın 31-i olaraq müəyyən edilib. Qeydiyyat üçün tələb olunan sənədlər aşağıdakılardır: pasportun surəti, göndərən qurumun möhürü ilə təsdiqlənmiş qeydiyyat forması və bir ədəd şəxsiyyət şəkli.
BƏƏ İslam İşləri, Vəqflər və Zəkat üzrə Baş İdarəsi bildirib ki, müsabiqənin ilkin mərhələsi 2025-ci il noyabrın 3-dən başlayacaq və noyabrın 21-dək davam edəcək. Final mərhələsi isə 2026-cı il yanvarın 20-dən 30-dək keçiriləcək.
Müsabiqənin iştirakçıları Qurani-Kərimi tam əzbər bilməli, təcvid və tilavət qaydalarına bələd olmalı, həmçinin gözəl səsə malik olmalıdırlar. İştirakçıların yaşı 35-dən çox olmamalıdır.
Bundan əlavə, iştirakçıların yaşadığı ölkədəki rəsmi və etibarlı qurumlar tərəfindən təqdim olunması vacibdir. Fərdi və birbaşa müraciətlər, yəni rəsmi təqdimat olmadan göndərilən ərizələr qəbul edilməyəcək.
“BƏƏ Quran Mükafatı” müsabiqəsində iştirak etmək istəyən namizədlər, BƏƏ yarışmasının ikinci dövrəsindən əvvəlki son üç il ərzində tanınmış və təsdiqlənmiş beynəlxalq Quran müsabiqələrinin birində ilk üç yerə layiq görülmüş olmalıdırlar.
Müsabiqə iştirakçıları beynəlxalq münsiflər heyəti tərəfindən keçiriləcək yazılı və şifahi imtahanlardan keçəcəklər. Həmçinin onlar müsabiqənin bütün mərhələlərində davranış qaydalarına və nizam-intizama riayət etməyə borcludurlar.
4310483