
“İQNA”-nın “Independent Urdu”ya istinadla verdiyi xəbərə görə, Gucranvalanın ətrafındakı Lədhivala Vəraich bölgəsində yerləşən “Quran Mahal”da köhnə və yeni olmaqla yüz mindən çox Quran nüsxəsi saxlanılır və insanlar uzaq bölgələrdən bu məkanı ziyarət etməyə gəlirlər.
Mərkəzin məsullarından biri olan Kəlimullah bu barədə belə deyib:
“O, bu məkanın xidmətçisidir və atası illər öncə bir neçə dostunun köməyi ilə 10 il ərzində əlyazma şəklində bir Quran nüsxəsini yazıb tamamlamışdı.”
O əlavə edib: “Atam illər öncə müqəddəs Quranı yazdı və indi mən burada ondan qoruyuram.”
Kəlimullahın sözlərinə görə, atası Quran yazmağa qərar verəndə kifayət qədər imkanlar yox idi. O, kağızı Belçikadan xüsusi sifariş etmişdi, lakin vərəqlərin ölçüsü kiçik olduğundan dörd vərəqi birləşdirərək tam bir səhifə hazırlamış və Quranın yazılmasına başlamışdı. Yazı prosesi zamanı bir neçə dostu da ona kömək etmişdi.

O əlavə edib ki, Quranın yazılması üçün zəfəran, müşk, Zəmzəm suyu və qızılgül suyundan hazırlanmış xüsusi mürəkkəbdən istifadə olunub.

Kəlimullah bildirib ki, “Quran Mahal”da yüz mindən çox Quran nüsxəsi mövcuddur:
“İnsanlar şəhid olacaqlarını düşündükləri üçün suya atdıqları və ya basdırdıqları Quran nüsxələri burada yenidən cildlənir və daha yaxşı vəziyyətdə qorunur.”

Onun sözlərinə görə, insanlar uzaq bölgələrdən bu məkanı ziyarət etməyə gəlirlər.
Pakistanın Kəşmir bölgəsindən “Quran Mahal”ı ziyarətə gələn bir vətəndaş deyib: “Buraya gələndə qəlb rahatlığı tapdım, insan özünü dünyanın qayğılarından azad hiss edir və bu sakitlik hissi bir neçə gün davam edir.”

Gucranvalalı digər sakin isə bildirib: “İki gün əvvəl burada “Quran Mahal”ın olduğunu eşitdim və gəldim. Bu məkan mənə həm ruhi, həm də zehni rahatlıq bəxş etdi. Hamıya tövsiyə edirəm ki, dünyəvi işlərini bir kənara qoyub, sakitlik tapmaq üçün bura gəlsinlər.”
4314698