IQNA

“Mismar” adlı klip Azərbaycan dilində yayımlandı

16:44 - November 24, 2025
Xəbər sayı: 3499273
İQNA – Mənəvi və təsirli səsi ilə tanınan beynəlxalq Əhli-beyt (ə) məddahı Hadi Kazıminin ifasında hazırlanan “Mismar” adlı təsirli dini klip Bəyangostər İnstitutu tərəfindən Azərbaycan dilində yayımlanıb.

İslam Radiosu və Televiziyaları Birliyinin verdiyi xəbərə görə, Aşura mədəniyyətinin və Əhli-beyt (ə) maarifinin təbliği məqsədi ilə, Azərbaycan dilli şiə və müsəlmanlar üçün hazırlanan bu dini əsər eyni vaxtda nüfuzlu televiziya kanalları vasitəsilə rəsmi şəkildə təqdim olunub.

“Mismar” klipi yayımlandığı andan etibarən Azərbaycan dilli ölkələrdə geniş və coşqulu izləyici rəğbəti ilə qarşılanıb. Bu isə əsərin mədəni təsir gücünü və onun dinləyicilərin qəlbi ilə bədii şəkildə həmahəng olmasını göstərir.

Layihənin prodüseri doktor Arif Abdullahi olub və Bəyangostər İnstitutu bu əsərin istehsalı və yayımlanmasına məsuliyyət daşıyıb. Klip institutun Azərbaycan dilli auditoriya üçün dini məzmun istehsalı istiqamətində həyata keçirdiyi mədəni fəaliyyətlərin davamı olaraq nəşr edilib.

4318907

Teqlər: klip ، azərbaycan ، maarif ، Əhli-beyt
captcha