“Əl-Mədinə” qəzetinin məlumatına görə, bu Quranlar Səudiyyə Ərəbistanının İslam İşləri, Təbliğat və İrşad Nazirliyinin sərgi guşəsində paylanıb.
Bu guşə ziyarətçilərin böyük marağı ilə qarşılanıb və onlar burada Səudiyyə Ərəbistanında çap olunan müxtəlif ölçülü Quran nüsxələri, bu ölkənin Quranın müxtəlif dillərə çapı və tərcüməsi sahəsindəki layihələri, həmçinin islam fəaliyyətləri ilə tanış olublar.
Səudiyyə Ərəbistanının bu tədbirdə iştirakı ölkənin beynəlxalq məkanlarda mövcudluğunu artırmaq, cəmiyyətlərlə qarşılıqlı əlaqəni gücləndirmək və Qurani-Kərimin dünyada yayılmasına töhfə vermək məqsədi daşıyıb.
Küveytin 2025-ci ildə “Mədəniyyət Paytaxtı; Kitabın Yurdu” şüarı ilə keçirdiyi 48-ci Beynəlxalq Kitab Sərgisi 20 noyabr 2025-ci ildə 33 ərəb və qeyri-ərəb ölkəsindən 611 nəşriyyatın iştirakı ilə açılıb və dünən, 29 noyabr 2025-ci ildə fəaliyyətini başa çatdırıb.
Bu ilki sərgi, Küveytin 2025-ci il üçün Ərəb mədəniyyəti və mediasının paytaxtı seçilməsi ilə eyni vaxta təsadüf edib və Oman bu tədbirin fəxri qonağı olub.
4319936