“İQNA”-nın “Liviya Press”-ə istinadən verdiyi məlumata görə, Liviya İslami Təbliğ Cəmiyyətinin Quran Komitəsinin sədri Təhəmi əl-Zeytuni açıqlamasında, Liviya milli Quranının on altıncı çapının (16-cı nəşr) ilk partiyasına aid pulsuz nüsxələrin tükəndiyini bildirib.
O, əlavə edib: "Pulsuz paylanma üçün ayrılan bu nüsxələrin hamısı tükənib. Yüksək tələbat nəzərə alınaraq, bu Quranın çapı davam etdiriləcək."
Liviya Milli Quranı, İmam Nafi əl-Mədəninin rəvayətindən İmam Qalunun (Qalunun Nafidən) rəvayəti əsasında və "İmam Əbu Ömər əl-Dani" üsulu ilə yazılmışdır; bu üsul Liviya məktəbxanalarında və zəviyələrində (ənənəvi Quran məktəblərində) geniş yayılmışdır.
Liviya Milli Quranı ilk dəfə 1982-ci ildə çap edilmişdir və bu Quran, müxtəlif nəsillərin Quranı əzbərləməsi üçün əsas istinad mənbəyidir.
Həmçinin 2011-ci ildən sonra çap edilən Quranlarda səhvlər olub, hərflərində hərəkələr qoyulmayıb, düzgün hərəkələr dəyişdirilib və səhv hərəkələndirmələr olub.
4320400