“İQNA”-nın “Şəhab” Xəbər Agentliyinə istinadən verdiyi məlumata görə, Həmas elan edib ki, düşmənin millətin iradəsini qırmaq cəhdləri cinayətlərini artırmaqla heç bir nəticəyə çatmayacaq.
İslami Müqavimət Hərəkatı Həmas bəyanatında elan edib: "Ramallahın şimalındakı kəndlər ərazisində, 'Atərot' qəsəbəsi yaxınlığında baş tutan soyuq silahla həyata keçirilən qəhrəmanlıq əməliyyatı, işğalçıların cinayətlərinə təbii bir cavabdır və onların hərbi əməliyyatlar, qətllər, gündəlik həbslər və sahədə edamlar yolu ilə Fələstin xalqının iradəsini qırmaq cəhdlərinin boşuna olacağı barədə aydın bir mesajdır."
Həmas ifadə edib: "Bu əməliyyatın qəhrəman icraçısı, Beit Rima şəhərindən olan Məhəmməd Rəslan Əsmərin şəhid olmasını təbrik edərək və başsağlığı verərək, onun və əvvəlki şəhidlərin pak qanının müqavimət yolunu davam etdirmək üçün bir məşəl olacağını vurğulayırıq. Xalqımız həmişə torpaqlarını və ləyaqətlərini qoruyan və işğala hər cür şəkildə qarşı çıxan övladlarının fədakarlıqlarına sadiq qalacaq."
Bəyanatda deyilir: "Əl-Xəlildən Ramallaha qədər 12 saatdan az bir müddət ərzində müqavimət əməliyyatlarının ardıcıl olaraq baş verməsi, işğalçıların güya təhlükəsizlik və caydırıcılıq mülahizələrini qəbul etdirməkdə uğursuzluğunu sübut edir və xalqımızın yəhudiləşdirmə, ilhaq və Fələstin məsələsini silmə və məhv etmə planlarına qarşı bütün cəhdlərə qəti etirazını nümayiş etdirir."
Həmas bildirib: "Biz Qərb Sahilindəki xalqımızın övladlarını, dözümlülük ruhunu gücləndirməyə və müqavimətin müxtəlif formalarını artırmağa çağırırıq ki, xalqımız azadlıq, taleyini təyinetmə və paytaxtı Qüds olan müstəqil Fələstin dövlətini qurmaq hüququnu həyata keçirə bilsin."
4320463