“İQNA”-nın “Müqəddəs Həzrət Abbas (ə) Hərəminin rəsmi informasiya portalına istinadən verdiyi məlumata görə, bu konfrans Pakistanın Karaçi şəhərində Hüseyni əzadarlıq mərasimlərinin təşkili ilə məşğul olan Pakistan Cəmiyyəti tərəfindən “Həzrət Fatimə (s) – İslam birliyinin simvolu” mövzusu ilə keçirilib.
Bu nümayəndə heyətinin konfransda iştirakı, Həzrət Fatimə Zəhranın (s) mübarək mövludu münasibətilə təşkil olunan üçüncü illik “Həzrət Fatimə (s): Nicat yolu” festivalı çərçivəsində baş tutub.
Həzrət Abbas (ə) Hərəminin Dini İşlər Şöbəsinin rəhbəri Şeyx Salah əl-Kərbəlayi bildirib ki, bu anım mərasimində müxtəlif məzhəb və firqələrdən olan şəxsiyyətlər, xüsusilə İslam məzhəbləri və digər dinlər arasında birliyin tərəfdarları iştirak edərək Həzrət Fatimənin Zəhra (s) fəzilətlərindən bəhs ediblər.
O əlavə edib ki, bu konfransda iştirakları Pakistanın ən tanınmış xətiblərindən biri olan məşhur xətib cənab Şeyn Şahın dəvəti ilə baş tutub. Nümayəndə heyəti mərasimdə çıxış edərək Karaçi şəhərindəki bu dini cəmiyyətin dərin imanını yüksək qiymətləndirib.
Bu festivalın keçirilməsi ilə Həzrət Abbas (ə) Hərəmi Həzrət Fatimə Zəhranın (s) şəxsiyyətini ucaldmağı və Onun dəyər və prinsiplərini müsəlman cəmiyyətinin bütün təbəqələrinin qəlbinə aşılamağı hədəfləyir.
.








4323121