IQNA

Honkar məscidi – Rumıniyada müsəlmanlar və xristianlar arasında dostluq körpüsü

11:04 - December 16, 2025
Xəbər sayı: 3499413
İQNA – Rumıniyanın paytaxtı Buxarestdə yerləşən Honkar məscidi 20-ci əsrin əvvəllərində Rumıniyanın dövrün kralının göstərişi ilə inşa edilmiş və bu gün də ölkədə müsəlmanlarla cəmiyyət arasında birgəyaşayışın rəmzi kimi fəaliyyətini davam etdirir.

“İQNA”-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, Honkar məscidi (rumın dilində: Geamia Hunchiar; türk dilində: Hünkar Camii, yəni Sultan məscidi) 1906-cı ildə Rumıniyanın o zamankı kral 1-ci Karolun göstərişi ilə bu ölkədəki müsəlman icmasına xidmət məqsədilə Buxarestdə tikilmişdir.

Bu məscid Rumıniyada müsəlman azlığın xristian cəmiyyəti ilə mühüm görüş nöqtəsi olmaqla yanaşı, birgəyaşayış və dözümlülük dəyərlərini əks etdirən dini və mədəni bir abidədir.

Məscidin imam-camaatı Məhəmməd Ərtoğrul Anadolu agentliyinə verdiyi müsahibədə bildirmişdir ki, Buxarest müsəlmanlar üçün təhlükəsiz bir şəhərdir. Rumıniyada islamofobiya və ya İslam əleyhinə hisslərin heç bir təzahürü yoxdur; əksinə, cəmiyyətdə qarşılıqlı hörmət və dözümlülük mühiti hökm sürür.

Ərtoğrul əlavə edib: “Küçədə qarşılaşdığınız hər kəs sizə salam verir və heç kim sizin geyiminizə və ya dini kimliyinizə pis baxmır. İnsanlar tamamilə təbii şəkildə ünsiyyət qurur və cəmiyyətdə hörmət hakimdir.”

Digər imam-camaat Məmiş Fəraz isə Buxarestdə müsəlmanların dini və mənəvi kimliyinin nəsildən-nəslə ötürüldüyünü vurğulayaraq qeyd edib ki, üç nəsil imam-camaat kimi xidmət etmiş bir ailədən zəngin dini və mədəni irs miras almışdır.

Bu məscid qurulmasından bir əsrdən artıq vaxt keçməsinə baxmayaraq, bu gün də ibadət məkanı və Rumıniya xristian cəmiyyəti ilə müsəlmanlar arasındakı münasibətlərin parlaq simvolu kimi fəaliyyətini davam etdirir.

1959-cu ildə bir abidənin tikintisi ilə əlaqədar olaraq, daşları nömrələnərək məscidin sökülməsi planlaşdırılmışdı. Daha sonra 1960-cı ildə əvvəlki memarlıq layihəsinə uyğun şəkildə indiki yerində yenidən inşa edildi.

Honkar məscidi uzun illərdir Buxarestin ən önəmli mənəvi abidələrindən biri və Rumıniyada müsəlmanlarla xristianlar arasında hörmət və yaxınlıq dəyərlərini təcəssüm etdirən bir məkan kimi tanınır. Bu gün də məscid Rumıniya müsəlmanları üçün dini və sosial mərkəz rolunu oynayaraq, din ardıcılları arasında tarixi dostluq körpüsünün canlı təcəssümü olaraq qalır.

Məscidin namazqılanlarından olan Ticar Cəsur Durak bildirib ki, Rumıniyada İslam kimliyini təmsil etmək güclü məsuliyyət hissi yaradır. O, müsbət təmsilçilik və cəmiyyətə xidmət yolu ilə ata-baba irsinə hörmətin vacibliyini vurğulamışdır.

4323024

captcha