“İQNA”-nın “Əl-Cəzirə”yə istinadla verdiyi xəbərə görə, sionist rejimin Knesseti ikinci və üçüncü oxunuşda yenilənmiş fövqəladə qanunun – “Əl-Cəzirə qanunu”nun – iki illik uzadılmasını təsdiqləyərək onu daimi qanuna çevirdi.
Bu, 2024-cü ilin aprelində qəbul edilən ilkin müvəqqəti vəziyyətdən fərqlidir. Həmin vaxt qanun yalnız fövqəladə vəziyyətə bağlı idi. Qanuna əsasən, Əl-Cəzirə ofisləri bağlanmış və 2024-cü il mayın 5-dən etibarən Qüds və işğal olunmuş ərazilərdə fəaliyyətinə qadağa qoyulmuşdur.
Qanun İsrail rejiminin rabitə naziri Şlomo Karhi-yə Əl-Cəzirə ofislərinin bağlanmasını 2027-ci ilin sonuna qədər uzatmaq səlahiyyəti verir. Həmçinin ona və baş nazirə milli təhlükəsizlik təhdidi olduğu halda, müharibə kimi fövqəladə vəziyyət olmadan və məhkəmədən hökm çıxmadan xarici kanalların bağlanması və avadanlıqlarının müsadirəsi barədə qərar vermək icazəsi tanıyır.
Qanun 22 lehinə, 10 əleyhinə səslə qəbul olunmuşdur.
2024-cü ilin sentyabrında Əl-Cəzirə xəbər vermişdi ki, İsrail rejiminin hərbçiləri Ramallahdakı (Qərb Sahilinin mərkəzi) Əl-Cəzirə binasına hücum edərək onu möhürləyiblər. Şəbəkə əməkdaşlarına 45 gün fəaliyyət göstərməmələri bildirilib.
Bu barədə ABŞ Dövlət Departamentinin bir üzvü Əl-Cəzirəyə açıqlamasında demişdir ki, İsrail ordusu tərəfindən Ramallahdakı Əl-Cəzirə ofisinin bağlanması narahatedicidir və Qərb Sahilində və bütün dünyada mətbuat azadlığını dəstəkləmək siyasətimizlə ziddiyyət təşkil edir.
Cari ilin avqustunda da işğalçı İsrail hərbçiləri Ramallahdakı Əl-Cəzirə ofisinin fəaliyyətinin dayandırılmasını 60 gün müddətinə uzatmış və bu barədə hərbi əmri onun mərkəzi ofisinin girişinə asmışdılar.
4324559