IQNA

Misir milli futbol komandasında Quran oxunuşu

10:37 - December 28, 2025
Xəbər sayı: 3499484
İQNA – Misir milli futbol komandasının oyunçuları Zimbabve ilə qarşılaşmadan əvvəl Qurandan ayələri birgə oxudular.

 

“İQNA”-nın “Yeni Şəfəq”ə istinadən verdiyi xəbərə görə, Misir milli futbolçularının Zimbabve yığması ilə Afrika Millətlər Kubokunda (Mərakeş) oyun öncəsi Quranı birgə tilavət etmələrini əks etdirən video yayımlanıb. 

Afrika Millətlər Kubokunun başlanğıcında Misir milli futbolçularının Quranı birgə oxuması geniş əks-səda doğurdu. 

Misir yığmasının oyunçuları Zimbabve ilə qarşılaşmadan əvvəl paltardəyişmə otağında bir dəfə “Həmd” surəsini, üç dəfə isə “İxlas” surəsini oxudular. 

Misir yığması Afrika Millətlər Kubokundakı ilk oyununda Zimbabve ilə qarşılaşaraq rəqibini 2:1 hesabı ilə məğlub etdi. 

kod

4324777

captcha