IQNA

Fransada livanlı nüvə aliminin müəmmalı ölümü

8:22 - January 05, 2026
Xəbər sayı: 3499535
İQNA – Livan mediası xəbər verib ki, livanlı nüvə alimi Məhəmməd Əli Muxibər Əyyubun cansız bədəni Fransadakı mənzilində tapılıb və indiyədək onun ölüm səbəbi barədə heç bir rəsmi açıqlama verilməyib.

“İQNA”-nın “ən-Nəhar” qəzetinə istinadən verdiyi məlumata görə, Livan mediası bildirib ki, Məhəmməd Əli Muxibər Əyyubun cansız bədəni Fransadakı mənzilində aşkar olunub, lakin ölüm səbəbi ilə bağlı hələlik rəsmi açıqlama yoxdur. 

Yayılan məlumatlara əsasən, onun vəfat xəbəri Bəqaa bölgəsindəki doğma şəhəri Riyaqa çatıb. Fransız rəsmiləri isə hadisənin təfərrüatlarını aydınlaşdırmaq və başvermə şəraitini öyrənmək üçün araşdırmalarını davam etdirirlər. 

Əyyub təxminən 15 il Fransada elmi sahədə fəaliyyət göstərmiş və mövcud məlumata görə, mütəmadi olaraq Fransa, İspaniya və İsveçrə arasında səfərlər etmişdir. 

Bu kontekstdə, onun əmisi oğlu Mehdi Əyyub Britaniyadan Fransaya yola düşüb ki, mərhumun cənazəsinin doğma şəhəri Riyaqa aparılması üçün lazım olan prosedurları izləsin və tamamlasın. 

Hadisə Livanlılar arasında sosial şəbəkələrdə geniş rezonans doğurub. Bəzi şəxslər hesab edirlər ki, bu, planlaşdırılmış bir cinayət ola bilər və ehtimal edirlər ki, o, xüsusi bir sirri bilməsi və ya elmi bacarıqları səbəbindən aradan götürülüb. 

4326662

Teqlər: fransa ، livan ، nüvə alimi ، ölüm
captcha