“İQNA”-nın “əs-Səvra Net” portalına istinadən verdiyi xəbərə görə, bu qəbiləvi aksiya dünən, yanvarın 5-də baş tutub və bölgə əhalisi ilə yerli rəsmilər iştirak ediblər.
Aksiya iştirakçıları ABŞ Senatına namizəd olan respublikaçının Qurani-Kərimə və İslam müqəddəslərinə hörmətsizliyinə qarşı şiddətli qəzəblərini ifadə edərək, bu hərəkəti pisləyiblər və onu dünyanın müxtəlif yerlərində müsəlmanların hisslərini təhrik edən bir addım kimi qiymətləndiriblər.
Aksiya iştirakçıları həmçinin Yəmənin qarşısında duran təhdidlərə qarşı mübarizəyə hazır olduqlarını bildirərək, Fələstinin və İslam müqəddəslərinin müdafiəsi yolunda möhkəm dayanacaqlarını vurğulayıblar.
Aksiyanın sonunda bəyanat qəbul olunub. Bəyanatda müqəddəslərə təhqirin cinayət sayılması və bu əməli törədənlərin mühakimə olunması üçün qlobal qəti mövqe tutulmasının vacibliyi vurğulanıb. ABŞ, Böyük Britaniya və sionist rejim İslama və müsəlmanlara qarşı təkrarlanan təhqirlərin, kin və açıq düşmənçiliyin tam məsuliyyətini daşıdığı qeyd olunub.
Bəyanatda İslam ümmətinə müraciət edilərək, Allahın Kitabını müdafiə üçün səfərbər olmaq və İslamın ən müqəddəs dayağını hədəfə alan bu cinayətə qarşı qəzəb və qəti etirazlarını bildirmək çağırışı edilib.
Respublikaçı partiyadan Florida ştatından Senata namizəd Ceyk Lanq yaxınlarda Texas ştatının Kolin bölgəsində keçirilən anti-İslam nümayişi zamanı Qurani-Kərimin bir nüsxəsini donuzun ağzına qoyub.
Ceyk Lanq bu anti-İslam hərəkəti ilə təxribatçı bir addım atıb və bu, müsəlmanların, insan haqları fəallarının və beynəlxalq müşahidəçilərin qəzəbinə, həmçinin daxili və beynəlxalq miqyasda geniş şoka səbəb olub.
Bu hadisə sosial şəbəkələrdə də böyük səs-küy yaradıb və istifadəçilər yayılan videonu paylaşaraq, bu hərəkəti milyonlarla müsəlmanın hisslərinə açıq təhqir və təxribat kimi pisləyiblər.
4327280