“İQNA”, “Qüds Mətbuatı”na istinadən xəbər verir ki, Cenevrədə qərargahı olan təşkilat bəyanat yayaraq bildirib ki, əhalinin çox hissəsi müvəqqəti plastik sığınacaqlarda yaşayır, bir qismi isə güclü külək və yağış səbəbilə ciddi ziyan görmüş köhnə çadırlarda məskunlaşıb.
Bəyanatda qeyd olunur: "Sionist rejiminin hücumları fasiləsiz davam edir və Qəzzada bir çox beynəlxalq mülki cəmiyyət təşkilatlarının fəaliyyəti qadağandır. Uşaqlar və böyüklər soyuğa görə həyatlarını itirirlər. Vəziyyəti yalnız real bir fəlakət kimi təsvir etmək olar."
"Sərhədsiz Həkimlər" vurğulayıb ki, bəzi fələstinli ailələr çox az sayda yorğanla yaşayır, təşkilatın xidmətlərindən asılı olan təxminən 2,900 xəstə isə dərhal dəstəyə ehtiyac duyur.
Təşkilat həmçinin bildirib ki, təqdim olunan humanitar yardım hələ də kifayət deyil. Sionist rejimi Qəzza zolağının mühasirəsini davam etdirərək qida, dərman, tibbi avadanlıq və təcili yardımın bu əraziyə daxil olmasının qarşısını alır.
4329814