IQNA

11:03 - February 14, 2026
Xəbər sayı: 3499744

Nigeriyada İmam Məhəmməd Baqir (ə) Hövzəsinin açılışı

İQNA – Müqəddəs İmam Hüseyn (ə) Hərəmi, Nigeriya Federativ Respublikasının Kani şəhərində İmam Məhəmməd Baqir (ə) adına elmi hövzənin nümayəndələrin və müəllim heyətinin iştirakı ilə açıldığını elan edib.

Nigeriyada İmam Məhəmməd Baqir (ə) Hövzəsinin açılışı

“İQNA”-nın Müqəddəs İmam Hüseyn (ə) Hərəmimim xəbər portalına istinadən verdiyi məlumata görə, hərəmə bağlı “Beynəlxalq Əshabül-Kisa (ə) Mərkəzi” Kani şəhərində İmam Məhəmməd Baqir (ə) hövzəsinin açılışını həyata keçirib.

Mərkəzin direktoru Şeyx Əhməd Rəşid ət-Tərfi bu xəbəri açıqlayaraq bildirib:   “Bu məktəb, Müqəddəs İmam Hüseyn (ə) Hərəminin tədris və mədəni proqramları çərçivəsində, Afrika ölkələrində təhsil fəaliyyətlərini genişləndirmək məqsədilə açılıb.”

O əlavə edib:  “İmam Məhəmməd Baqir (ə) hövzəsinin açılması, xalis İslam mədəniyyətinin təbliği, dini maarifə bələd olan, elmli və əxlaqi-mənəvi dəyərlərə bağlı bir nəslin yetişdirilməsi istiqamətində atılan mühüm addımdır.”

Əshabül-Kisa Mərkəzinin rəhbəri həmçinin vurğulayıb ki, bu məktəb təcrübəli müəllim heyətindən istifadə etməklə müasir tədris proqramları təqdim edir və akademik təhsilin Peyğəmbər Əkrəm (s) və Əhli-beyt (ə) sünnəsindən qaynaqlanan əxlaqi-mənəvi dəyərlərlə əlaqələndirilməsinə xüsusi diqqət yetirir.

Qeyd edək ki, Müqəddəs İmam Hüseyn (ə) Hərəminə bağlı Beynəlxalq Əshabül-Kisa (ə) Mərkəzi Afrika və Asiya ölkələrində bir sıra tədris və mədəni layihələr həyata keçirir və bu vasitə ilə İslam maarifini və mədəniyyətini bu cəmiyyətlərdə genişləndirməyə çalışır.

4334055

captcha