“İQNA”-nın Ali Rəhbərin rəsmi informasiya portalına istinadən verdiyi məlumata görə, İran üzrə Diyə və ehtiyaclı məhbuslara yardım üzrə xalq komitəsinin təşkil etdiyi 39-cu Qolrizan mərasimi öncəsi Həzrət Ayətullah Xamenei bu məqsədlə əlli milyard rial vəsait ayırıblar.
Qolrizan mərasimi hər il Mübarək Ramazan ayında, Diyə və ehtiyaclı məhbuslara yardım üzrə xalq komitəsinin təşəbbüsü ilə, məsul şəxslərin və xeyriyyəçi insanların iştirakı ilə Tehranda və ölkənin müxtəlif şəhərlərində keçirilir.
4335908