IQNA

Rusiya Amerika və sionist rejimin Minab məktəbinə hucumunu pisləyib

16:23 - March 04, 2026
Xəbər sayı: 3499858
İQNA – Rusiya xarici işlər nazirliyi bildirib: Biz Amerika və sionist rejimin Minab məktəbinə hucumunu şiddətlə pisləyirik”.

“İQNA”, xəbər verir ki, Rusiya xarici işlər nazirliyi Amerika və sionist rejimin İrana təcavüzündən sonrakı 3-cü bəyannaməsində bildirib: “Minab şəhərində bir qız məktəbinə   edilən hücum nəticəsində onlarla günahsız uşağın ölməsi şiddətlə qınanmalıdır”.

Qeyd olunub ki, Vaşinqton və Tel-əviv İrandakı hakimiyyəti dəyişdirmək üçün bu müstəqil ölkənin rəhbərini terror etmək kimi çirkin və mənfur alətlərdən istifadə edirlər. Onlar İranla onun ərəb qonşuları arasında olan əlaqələrə zərər vurmaq istəyirlər.

Həmçinin bildirilib ki, istər İranda, istərsə də ərəb ölkələrində hərbi olmayan hədəflərə hücum etmək heç vaxt qəbuledilməzdir və dayandırılmalıdır.

4337924

Teqlər: rusiya ، amerika ، sionist rejim ، iran ، məktəb
captcha