IQNA

Ayətullahul‑uzma Sistanı:

Bu gün fitnənin qarşısını almaq üçün səhnədə olmaq vacib‑kifayidir

6:19 - March 09, 2026
Xəbər sayı: 3499887
İQNA – Ayətullahul‑uzma Sistani bildirib ki, cəmiyyətin hazırkı şəraitində fitnə və iğtişaşların qarşısını almaq üçün xalqın səhnədə iştirakı vacib‑kifayi hökmündədir.

“İQNA”, İraq medialarına istinadən xəbər verir ki, Nəcəfdə yaşayan şiə mərcəyi-təqlidi Ayətullahul‑uzma Sistani bəyan edib ki, fitnə və sosial qarışıqlıqların qarşısını almaq məqsədilə xalqın geniş və fəal iştirakı vacib‑kifayi sayılır.

Valideynlərin bu məsələyə etiraz etməsi ehtimalı barədə isə belə qeyd olunub: 

Valideynlərin razılığını almağa çalışmaq lazımdır və əgər onların narahatlığına səbəb olmadan iştirak etmək mümkündürsə, şəfqət və diqqət göstərilməsi tövsiyə olunur. Lakin əks halda, səhnədə olmaq və hərəkət etmək üstünlük təşkil edir.

Ayətullah Sistaninin ofisinin məsullarının açıqlamasına görə, cəmiyyətin təhlükəsizliyinin qorunması və fitnənin qarşısının alınması böyük əhəmiyyət daşıyır.

4339280

captcha