IQNA

Omanın müftisi İran İslam İnqilabının yeni rəhbərinin seçilməsini təbrik etdi

4:20 - March 14, 2026
Xəbər sayı: 3499921
İQNA – Omanın müftisi Şeyx Əhməd əl-Xəlili Ayətullah Seyid Müctəba Xameneinin İran İslam Respublikasının rəhbəri seçilməsini təbrik edib.

“İQNA”-nın məlumatına görə, Şeyx Əhməd əl-Xəlili sosial şəbəkə “X”dəki şəxsi səhifəsində yazıb: “İran İslam Respublikasının rəhbərinin sürətli şəkildə seçilməsi bizi çox sevindirdi və bu seçimi təbrik edirik”.

O əlavə edib: “Ümid edirik ki, o da atasının yolunu davam etdirərək Fələstin xalqına yardım etməkdə və süquta doğru gedən sionizmə qarşı durmaqda eyni möhkəmliyi göstərəcək”.

Şeyx Əhməd əl-Xəlili bildirib: “Allah-taala müsəlman bəndələrini hər yerdə Öz lütf və mərhəməti ilə qoruyub saxlasın”.

Ayətullah Seyid Müctəba Hüseyni Xamenei 1404-cü ilin 17 isfəndində Xobrəqan Məclisinin qəti rəyi ilə İran İslam İnqilabının üçüncü rəhbəri seçilib.

4339974

captcha