IQNA

Əl-Əzhər: Məscidül-Əqsanın bağlanması beynəlxalq cinayətdir

6:34 - March 21, 2026
Xəbər sayı: 3499972
İQNA – İslam Mərkəzi Əl-Əzhər Ramazan ayında Məscidül-Əqsanın girişlərinin namaz qılanların üzünə bağlanmasını pisləyərək vurğulayıb ki, bu, müsəlmanları mübarək ayda ibadətlərini yerinə yetirməkdən məhrum edən bir cinayətdir.

Əl-Əhramın məlumatına görə, mərkəz yayımladığı bəyanatda bildirib ki, bu cinayət dünya müsəlmanlarının hisslərini alovlandıracaq və ibadət məkanlarına hücumu cinayət sayan beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır.

Əl-Əzhər həmçinin vurğulayıb ki, Məscidül-Əqsa Allahın izni ilə tamamilə islam məbədi olub və olaraq qalır, sionistlərin orada heç bir haqqı yoxdur.

Mərkəz beynəlxalq ictimaiyyəti, həmçinin ərəb və islam dünyasının fəallarını Məscidül-Əqsanı müdafiə etmək və namaz qılanların ibadətlərini azad, təhlükəsiz və sakit bir mühitdə yerinə yetirmələri üçün şərait yaratmaq məsuliyyətlərini yerinə yetirməyə çağırıb.

Sionist rejimin qüvvələri ötən fevralın sonunda Məscidül-Əqsanı bağlı saxlayaraq namaz qılanları buranı tərk etməyə məcbur ediblər və onlara işa və təravih namazlarını qılmağa icazə verməyiblər.

Bu çərçivədə Qüds valiliyi bildirib ki, sionist rəsmilər fövqəladə vəziyyət elan etmə bəhanəsi ilə namaz qılanların Məscidül-Əqsaya daxil olmasını qadağan ediblər, məscidin ətrafına və köhnə şəhərin girişlərinə əlavə qüvvələr yerləşdiriblər və fələstinli vətəndaşların məscidin həyətlərinə daxil olması əngəllənib.

Qeyd olunur ki, son illərdə də sionistlər tərəfindən Məscidül-Əqsanın tam və ya qismən bağlanması dəfələrlə baş verib və bu addımlar gərginlik yaratmaqla yanaşı, bu məkanın islam kimliyinin pozulması ilə bağlı narahatlıqları artırıb.

4340908  

captcha