“İQNA”-nın məlumatına görə, Donald Tramp bazar ertəsi “Truth Social” şəbəkəsində paylaşdığı mesajda İranla danışıqlar apardığını iddia edərək deyib:
“Məmnuniyyətlə elan edirəm ki, ABŞ və İran son iki gün ərzində Yaxın Şərqdəki düşmənçiliklərin tam və qəti şəkildə həllinə dair çox yaxşı və məhsuldar danışıqlar aparıblar.”
İrana qarşı daha əvvəl təhdidkar dil işlədən Tramp sözlərinə belə davam edib:
“Bu dərin, dəqiq və konstruktiv danışıqların tonu və məzmunu əsasında, davam edən görüşlərin uğurlu olması şərti ilə, Müdafiə Nazirliyinə İranın enerji obyektlərinə hərbi hücumu beş gün müddətinə təxirə salmağı tapşırmışam.”
Trampın İranla danışıqlar barədə yeni iddiaları və hücum qərarını dayandırması, bundan əvvəl onun “48 saat ərzində Hörmüz boğazı açılmazsa, İranın enerji infrastrukturuna hücum edəcəyik” təhdidindən sonra gündəmə gəlib.
İran isə qəti cavabında bildirib ki, belə bir hücum baş verərsə, bölgədəki bütün enerji obyektlərini hədəfə alacaq və regionu tam qaranlığa qərq edəcək.
ABŞ və sionist rejimin İran İslam Respublikasına qarşı birgə hərbi təcavüzü 1404-cü ilin 9 əsfənd tarixində başlayıb və bunun nəticəsində İslam İnqilabının böyük rəhbəri, Həzrət Ayətullah Seyyid Əli Xamenei (qəddəsəllahu nəfsəhuz-zəkiyyə) şəhid olub.
İran İslam Respublikası isə BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq və qarşı tərəfi çəkindirmək məqsədilə təcavüzkarların hərbi mövqelərinə qəti və hədəfli cavab verib və xəbərdarlıq edib ki, təcavüz davam edərsə, cavab daha sərt olacaq.
4342482