“İQNA”-nın Fələstin İnformasiya Mərkəzinə istinadən verdiyi məlumata görə, Kaya Kallas bildirib: “İsrailin yüksək rütbəli xristian din xadiminin Qiyamət Kilsəsinə girişinə mane olması dini azadlıqların açıq şəkildə pozulması və uzun illərdir müqəddəs məkanlar üçün müəyyən edilmiş qoruyucu qaydaların tapdanmasıdır”.
Avropa İttifaqının xarici siyasət rəhbəri müqəddəs məkanların tarixi statusunun qorunmasının zəruriliyini vurğulayaraq əlavə edib: “Qüdsün işğal altındakı hissəsində ibadət azadlığı bütün dinlərin ardıcılları üçün tam şəkildə, daimi olaraq və heç bir istisna olmadan təmin edilməli və hörmət olunmalıdır”.
4343423