“İQNA”‑nın “Sputnik”‑ə istinadən verdiyi məlumata görə, nazirlik sözçüsü deyib: hazırda Hörmüz boğazından gəmilərin keçidinə nəzarət Tehranın əlindədir və ABŞ bütün hərbi imkanlarına baxmayaraq bunu dəyişdirə bilmir.
O əlavə edib: “İranın mövqeyi və onun birbaşa iştirakı nəzərə alınmadan müxtəlif təşəbbüslərin həyata keçə biləcəyini ciddi şəkildə müzakirə etmək çətindir”.
ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı Avropa müttəfiqlərini İranla müharibədə ABŞ‑a kifayət qədər dəstək vermədiklərinə görə yenidən tənqid edib və onların Hörmüz boğazını özləri açmalı olduqlarını bildirib.
Axios bu mövzuya toxunaraq yazıb ki, bu, son günlərdə Trampın Hörmüz boğazı açılmadan belə İranla müharibəni bitirə biləcəyinə dair üçüncü açıq işarəsidir. Bu halda ABŞ digər ölkələri nəhəng iqtisadi bataqlığın nəticələrini aradan qaldırmaq və dünya neft təchizatının təxminən beşdə birinin axınını bərpa etmək üçün tək buraxacaq.
Axios əlavə edib ki, ötən cümə Fransada keçirilən G7 toplantısı zamanı ABŞ‑ın xarici işlər naziri Marko Rubio vurğulayıb ki, ABŞ Hörmüz boğazını açmaq üçün G7 ölkələrinin köməyinə ehtiyac duymur, lakin müharibədən sonra boğaza nəzarət üçün yaradılacaq “dəniz zərbə qüvvəsi”ndə müttəfiqlərinin iştirakını istəyir.
Mənbə Axios‑a deyib: “Rubio bildirdi ki, ABŞ növbəti mərhələdə gəmilərin müşayiəti və ya Hörmüz boğazında beynəlxalq mövcudluq üçün bizim iştirakımıza ehtiyac duyur ki, iranlılara boğaza nəzarət etmədiklərini göstərsin. Hamı bununla razılaşdı.”
4343949