“İQNA”-nın “əl-Məyadin”ə istinadən verdiyi xəbərə görə, Oman Sultanlığının müftisi Əhməd bin Həmd əl-Xəlili deyib: “İran İslam Respublikası ilə ABŞ arasında əldə olunan razılaşmaya görə çox sevindik.”
Məlumata əsasən, Oman müftisi əlavə edib ki, ABŞ qarşı tərəfin bütün şərtlərini qəbul edib.
O qeyd edib ki, sülhsevərlər zülmə məruz qalanların yanında dayanmalı və zalımlara qarşı ədaləti həyata keçirməlidirlər.
Əhməd bin Həmd əl-Xəlili vurğulayıb ki, İslam ümməti bu xəyanət qarşısında birləşib möhkəm dayanmalıdır.
Oman müftisi həmçinin deyib: “Ümid işarələri görünməyə başlayandan sonra İsrailin Livana hücumu bizi təəccübləndirdi.”
4345462