Sudan İslam Universitetinin tədqiqatçısı və müəllimi Həsən Meki “İQNA”-ya müsahibəsində bildirərək deyib ki, regiondakı Amerika bazalarına hücumlar və özünümüdafiə addımları təqdirəlayiq və zəruri hərəkətlərdir.
O qeyd edib: “İran xalqı nəcib və müsəlman bir millətdir; kökləri vətənpərvərliyə və İslama dayanır. Buna görə də öz ölkələrini müdafiə etmələri təəccüblü deyil.”
Meki əlavə edib: “İran İslam Respublikası qədim və hörmətli bir dövlətdir; onun sivilizasiyası 6000 il əvvələ gedib çıxır. İraq onunla səkkiz il müharibə apardıqda, İran daha güclü şəkildə ortaya çıxdı və indi də ABŞ–İsrail təcavüzündən sonra daha da güclü görünəcək.”
Sudanlı tədqiqatçı müqavimət cəbhəsinin İranın yanında olmasının əhəmiyyətinə toxunaraq bildirib: “Livan, İraq, Yəmən və bütün müsəlman xalqları bu qarşıdurmada möhkəm dayanacaqlar və Allah-Taaladan istəyəcəklər ki, əvvəlcə bu təcavüzü İran İslam Respublikasından uzaq etsin, sonra isə İranla Fars körfəzi ölkələrinin xalqları arasında dostluq və mehriban münasibətlər bərqərar olsun.”
O, “Niyə beynəlxalq və insan haqları təşkilatları, xüsusilə Təhlükəsizlik Şurası, ABŞ və İsrailin İrana qarşı vəhşi təcavüzünə qarşı heç bir addım atmır?” sualına cavab olaraq deyib: “BMT Təhlükəsizlik Şurası bundan əvvəl, hətta tamamilə məhv olmaqda olan Qəzza zolağı ilə bağlı belə mövqe tutmamışdı. Bu müharibə səbir tələb edir; necə ki, Allah-Təala Ali-İmran surəsinin 200-cü ayəsində buyurur: “Ey iman gətirənlər! Səbir edin, dözün, sərhədləri qoruyun və Allahdan qorxun ki, bəlkə nicat tapasınız”.
4346105