IQNA

Fələstinlilərin Məscidül-Əqsada geniş şəkildə toplanmağa çağırışı

15:22 - May 13, 2026
Xəbər sayı: 3500335
İQNA – Beynəlxalq Qüds İnstitutu Qüds əhalisindən və işğal olunmuş ərazilərdə yaşayan fələstinlilərdən çərşənbə axşamı və cümə günləri Məscidül-Əqsada geniş şəkildə toplaşaraq, Qüdsün işğal edilməsinin ildönümü və "Bayraqlar yürüşü"nün keçirilməsi ilə eyni vaxtda sionist rejiminin və yəhudi köçkünlərinin tədbirlərinə qarşı müqavimət göstərmələrini xahiş edib.

“İQNA”-nın fələstinli "Səfa" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Beynəlxalq Qüds İnstitutu bəyanatında Qüds sakinlərindən və 1948-ci ildə işğal olunmuş ərazilərdə yaşayan fələstinlilərdən Məscidül-Əqsanı müdafiə etmək və sionist rejiminin təcavüzlərinə qarşı durmaq üçün gələn çərşənbə axşamı və cümə günləri bu müqəddəs məkana getməyi xahiş edib.

Bu İnstitut vurğulayıb ki, geniş iştirak, namaz qılmaq, dua etmək, Quran oxumaq və Məscidül-Əqsanın həyətlərində, eləcə də Qüds şəhərinin köhnə hissəsində xalqın iştirakını gücləndirmək "Bayraqlar yürüşü" və yəhudi köçkünlərinin tədbirlərinə qarşı durmağın ən mühüm vasitəsi olacaq.

Beynəlxalq Qüds İnstitutu öz bəyanatında bəyan edib ki, Qüdsün işğalının ildönümünün 15 may 2026-cı il cümə günü Fələstinin Nəkbə (Fəlakət) ildönümünün yetmiş səkkizinci ili ilə üst-üstə düşməsi sionist rejiminin ABŞ dəstəyi ilə "ləğvetmə və birdəfəlik həll" layihəsinə qarşı mübarizə yollarının kəsişməsini göstərir.

Bu İnstitut bəyan edib ki, sionist rejimi fələstinli qaçqınların geri qayıtmaq hüququnu məhv etməyə, UNRWA-nın fələstinli qaçqınlar problemi ilə bağlı beynəlxalq şahid rolunu aradan qaldırmağa çalışır və eyni zamanda Məscidül-Əqsanın yəhudiləşdirilməsi və onun tamamilə uydurma və iddia edilən məbədə çevrilməsi prosesini irəli aparır.

Bu bəyanatda həmçinin bildirilir ki, işğalçı rejim ərəb Qüdsünü "İvrit Qüdsünə" çevirmək yolundadır və eyni zamanda Qəzzəyə qarşı müharibəni, Qərb Sahilində məcburi köçürmə siyasətini və Livanda və İrandakı müqavimət oxuna qarşı təzyiqləri davam etdirir.

4351708

captcha