IQNA

Misir və İordaniyada Sionist Rejimin Boykot Kampaniyası

16:19 - May 30, 2026
Xəbər sayı: 3500436
İQNA – Misir və İordaniyada boykot hərəkatı, Qurban bayramı günlərində Sionist rejimlə əməkdaşlıq edən restoran zəncirlərinə və qlobal şirkətlərə qarşı boykotu davam etdirmək üçün yeni bir məlumatlandırma kampaniyasına başladı.

“İQNA”-nin Fələstin Məlumat Mərkəzinə istinadən verdiyi xəbərə görə, bu kampaniyanın məqsədi işğalçılığı və Sionist rejimin cinayətlərini dəstəkləyən və ya bunda əməkdaşlıq edən şirkətlərə qarşı xalq və iqtisadi təzyiqin davam etdirilməsini vurğulamaqdır.

Kampaniyanın təşkilatçıları vətəndaşları bayram günlərində də boykot edilən şirkətlərin məhsullarını və xidmətlərini almamağa, yerli alternativləri seçməklə Fələstin və Qəzza xalqına dəstəklərini göstərməyə çağırdılar.

Bu, İndoneziya və Malayziya kimi Cənub-Şərqi Asiyanın müsəlman ölkələrində bir çox istehlakçının bəzi qərb brendlərini Sionist rejimi dəstəklədiyi üçün boykot etməsi, bunun da halal və islami məhsulların satışının canlanmasına zəmin yaratması ilə bağlıdır.

Bu boykotlar yerli brendlərə bazarlarını genişləndirmək və qərb brendlərinə alternativ olmaq üçün fürsət yaradıb.

4354792

captcha