“İQNA”-nın Fələstin İnformasiya Mərkəzinə istinadən verdiyi məlumata görə, HƏMAS yaydığı bəyanatda bildirib ki, 1948-ci il işğal olunmuş ərazilərdəki məscidlərdə azanın qadağan edilməsi və məhdudlaşdırılması planının təsdiqlənməsi dini mərasimlərin azad şəkildə yerinə yetirilməsi və ibadət yerlərinin qorunması ilə bağlı beynəlxalq müqavilələrin və normaların kobud şəkildə pozulmasıdır.
Hərəkat həmçinin, bu "irqçi" qanunların qəbulunu sionist rejimin yəhudiləşdirmə, Fələstinin ərəb və İslam kimliyini məhv etmə, Məscidül-Əqsanı hədəfə alma və ibadət azadlığını məhdudlaşdırma kimi ifrat siyasətlərinin davamı olduğunu bildirib və vurğulayıb ki, bu addımlar dünya müsəlmanlarının hisslərini təhqir edir.
HƏMAS, "Azanın Fələstin və Qüds kimliyinin ayrılmaz bir hissəsi olduğunu" vurğulayaraq əlavə edib: "Sionist rejimin qanunları və hərəkətləri heç vaxt məscidlərin səsini kəsməyə və ya bu torpağın tarixi və dini kimliyini dəyişməyə qadir olmayacaq."
Hərəkat sonda Fələstin xalqını, ərəb və İslam ölkələrini, habelə dini və hüquqi qurumları Məscidül-Əqsaya dəstək verməyə, ibadət azadlığını müdafiə etməyə və sionist rejimin irqçi siyasətlərinə qarşı mübarizə aparmağa çağırıb.
4361676