"İQNA"-nın məlumatına görə, İraq və digər ölkələrdən milyonlarla insan şəhid rəhbərin cənazə mərasimində iştirak etmək üçün Kərbəlaya axışıb.
Şəhid rəhbərin cənazəsinin Kərbəlaya çatmasındakı gecikmənin səbəbi
Kərbəla valisi bildirib ki, şəhid rəhbərin cənazəsinin gec çatmasına səbəb Nəcəflə Kərbəla arasındakı yolda insanların, tayfa və qəbilələrin göstərdiyi böyük izdiham və ehtiram olub.
Həzrət Əba Abdullah Hüseynin (ə) hərəminin qapılarının bağlanması
Şəhid rəhbərin cənazəsi Kərbəlaya daxil olduqda, mərasimi idarə etmək üçün Həzrət Əba Abdullah Hüseynin (ə) hərəminin qapıları və həmçinin Beynül-Hərəmeyin ərazisi zəvvarların üzünə bağlanıb.
Həmçinin Ayətullah Sistaninin Kərbəladakı nümayəndəsi Şeyx Əbdülmehdi əl-Kərbəlayinin imamlığı ilə məğrib və işa namazları qılınıb. İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələrinin komandanı general Qaani namazın ilk cərgəsində dayanıb.
Şəhid rəhbərin cənazə mərasimində 4 milyon insanın iştirakı
"Həşdi-Şəbi" təşkilatı Kərbəlada şəhid ümmət rəhbərinin cənazə mərasimində iştirak edənlərin sayının 4 milyonu keçdiyini açıqlayıb.
Şiə mərcəyi-təqlidinin cənazə mərasimində iştirakı
Şiə mərcəyi-təqlidlərindən olan Həzrət Ayətullah Seyid Tağı əl-Müdərrisi şəhid rəhbərin cənazə mərasimində iştirak etmək üçün İmam Hüseyn (ə) hərəminə gedib.
İraq tayfa başçıları və şeyxlərinin qarşılaması
İraq tayfa başçıları və şeyxləri ehtiramın bir nişanı olaraq, öz tayfa bayraqları ilə şəhid rəhbərin cənazəsinin Kərbəlaya daxil olmasını gözləyiblər.
Kərbəlada şəhid rəhbərin cənazə mərasiminin başlanması
İraqın rəsmi xəbər agentliyi Həzrət Ayətullah əl-Uzma Seyid Əli Xameneinin cənazə mərasiminin Tehran vaxtı ilə saat 22:00-da (Kərbəla vaxtı ilə 21:30) başladığını elan edib.
Videoda şəhid rəhbərin cənazəsi İmam Hüseyn (ə) hərəminə daxil olarkən qadınların fəryadı, Aşura günündə əhli-beytin yaşadığı müsibətləri xatırladır.
Şəhid rəhbərin ailə üzvlərinin cənazə karvanı Nəcəfi-Əşrəfdə qarşılanarkən iraqlı qadınlar öz ehtiramlarını ən yüksək səviyyədə göstəriblər. İslam İnqilabı rəhbərinin cənazəsi Kərbəlada yola salınarkən, şəhid rəhbərin ailəsinin xatirəsini yad etmək üçün Nəcəfi-Əşrəfdəki İmam Əli (ə) məscidində izdihamlı bir matəm mərasimi keçirilib.
Kərbəla və Əl-Müsənna əyalətlərində iş gününün dayandırılması
Kərbəla və Əl-Müsənna valilikləri şəhid rəhbərin cənazə mərasimlərinin davam etməsi səbəbindən sabah, cümə axşamı gününün qeyri-iş günü olduğunu elan ediblər.
İraq xalqı bu gün Nəcəfi-Əşrəfdə şəhid rəhbərin cənazə mərasimində geniş şəkildə iştirak edərək, müqavimət cərəyanının prinsiplərinə sadiq qaldıqlarını bir daha təsdiq ediblər.
4362993