IQNA

İraqın Koordinasiya Çərçivəsi Koalisiyasının dəfn mərasimindəki milyonluq izdihamla bağlı bəyanatı

11:47 - July 11, 2026
Xəbər sayı: 3500732
İQNA – İraqın Şiə Koordinasiya Çərçivəsi Koalisiyası İranın şəhid rəhbərinin Nəcəf və Kərbəladakı izdihamlı dəfn mərasimindən sonra İraq xalqına müraciətlə bəyan etdi: "Siz bir daha sübut etdiniz ki, vəfa və kəramət əhlisiniz".

“İQNA”-nın "Middle East News"-a istinadən verdiyi xəbərə görə, İraqın Şiə Koordinasiya Çərçivəsi Koalisiyası İranın şəhid rəhbərinin Nəcəfi-Əşrəf və Kərbəlayi-Müəllada keçirilən izdihamlı dəfn mərasimindən sonra bir bəyanat yayıb.

Koalisiya İraq xalqına xitabən yazıb: "Ey İraqın vəfalı xalqı, ey ali dini mərcəiyyətin övladları və vəfa və izzət dəyərlərinin mühafizəçiləri, ey əsil və böyük tayfaların övladları! Siz bir daha sübut etdiniz ki, vəfa və kəramət əhlisiniz. Siz sübut etdiniz ki, yanınızda duran və ideallarınızı müdafiə edənləri unutmursunuz. Siz geniş iştirakınız və səmimi hisslərinizlə ümmətin şəhidi, Həzrət Ayətullahul-Üzma Seyid Əli Xameneinin (r.ə) və onun ailə şəhidlərinin pak cənazəsinin dəfn mərasimində vəfanın ən ali mənalarını təcəssüm etdirdiniz".

Koalisiyanın bəyanatında deyilir: "Şübhəsiz ki, bu gözəçarpan iştirak və nümayiş etdirdiyiniz səmimi hisslər sizin əsilliyinizi, dini, milli və əxlaqi dəyərlərinizə bağlılığınızı və ümmətin idealları yolunda fədakarlıq edənlərə olan dərin vəfanızı əks etdirir".

Koalisiya bildirib: "Bu münasibətlə bütün iştirakçılara, bu mərasimin təşkilində və işıqlandırılmasında əməyi keçən hər kəsə, eləcə də yüksək təşkilatçılıq və qonaqpərvərliklərinə görə Nəcəfi-Əşrəf və Kərbəlayi-Müəlla valiliklərinə səmimi qəlbdən təşəkkür edirik. Uca Allahdan diləyirik ki, onların əməllərini qəbul etsin, onlara xeyirli əvəz versin, İraqı və onun xalqını qorusun və onların haqq və ədalət yolunda birliklərini davamlı etsin".

4363167

captcha