IQNA

Şəhid rəhbərin cənazəsi İmam Rzanın (ə) pak hərəmində dəfn edildi

11:51 - July 11, 2026
Xəbər sayı: 3500733
İQNA – Şəhid rəhbərin pak cənazəsi dəfn mərasimi və namaz qılındıqdan sonra "Daruz-Zikr" səhnində (hərəmin daxili hissəsində) əmanət edildi.

“İQNA”-nın Xorasan-Rəzəvi üzrə xəbər agentliyinin məlumatına görə, cümə axşamı, iyulun 9-da günorta saatlarında şəhid rəhbərin cənazəsi milyonlarla insanın iştirakı ilə keçirilən dəfn mərasimindən sonra İmam Rzanın (ə) pak hərəminə daxil oldu.

Şəhid rəhbərin cənazə namazından öncə Peyğəmbəri-Əzəm (s) səhnində Ayətullah Ələmül-Hüdanın imaməti ilə məğrib və işa namazları qılındı.

Şəhid rəhbərin cənazə namazı onun böyük oğlu, Ayətullah Seyid Mustafa Hüseyni Xameneinin imaməti ilə qılındı.

Həzrət Ayətullahul-Üzma Seyid Əli Hüseyni Xameneinin pak cənazəsi iyulun 10-u səhər saatlarında İmam Rzanın (ə) pak hərəminin "Daruz-Zikr" bölməsində torpağa tapşırıldı.

Dəfn mərasimindən əvvəl şəhid rəhbərin və onun ailəsinin pak cənazələri "Rövzeyi-Münəvvərə" (İmam Rzanın məzarı olan yer) ətrafında təvaf etdirildi.

captcha