IQNA

Ərbəin zəvvarlarının Bəsrədən Kərbəlaya piyada yürüşü başladı

17:08 - July 16, 2026
Xəbər sayı: 3500778
İQNA – Ərbəin zəvvarları İraqın cənubundakı Bəsrədən Kərbəlayi-Müəllaya doğru piyada yürüşlərinə başlayıblar.

“İQNA”-nın "Şəfəqna Ərəbi"yə istinadən verdiyi məlumata görə, İraqın cənubundakı Bəsrə əyaləti 530 kilometrdən çox məsafəni piyada qət edərək müqəddəs Kərbəla şəhərinə doğru hərəkət edən çoxsaylı Ərbəin zəvvarlarının yola düşməsinə şahidlik edir.

Xidmət çadırları yemək, içki, istirahət yeri, namaz qılmaq üçün şərait, yataqxana və sanitar qovşaqlar daxil olmaqla müxtəlif xidmətlər göstərməyə başlayıb. On minlərlə zəvvar Bəsrə mərkəzindən Əl-Kəzizə, Kərmə Əli və Əl-Harisə bölgələrinə doğru hərəkət edir.

Bu Ərbəin ziyarəti, Ziqar əyalətinə gedən yol və digər əlaqə yolları boyunca yerləşdirilmiş müxtəlif təhlükəsizlik və kəşfiyyat qüvvələrinin iştirakı ilə genişmiqyaslı təhlükəsizlik tədbirləri ilə müşayiət olunur.

Həmçinin təxminən 3500 "mokəb" (xidmət məntəqəsi) tərəfindən istehsal olunan minlərlə ton qida və içki tullantılarının yığılması üçün bələdiyyə tərəfindən də əhəmiyyətli səylər göstərilir.

4364355

Teqlər: bəsrə ، İraq ، kərbəla ، Ərbəin
captcha