IQNA

Həşdi-Şəbi təşkilatının Ərbəin ziyarəti üçün xidməti planı icra edilir

20:12 - July 17, 2026
Xəbər sayı: 3500779
İQNA – İraqın Həşdi-Şəbi təşkilatı bu gün, cümə günü Ərbəin ziyarəti üçün xüsusi xidməti planın icrasına başladığını elan edib.

“İQNA”, İraqın rəsmi xəbər agentliyinə (İNA) istinadən xəbər verir ki, Həşdi-Şəbi təşkilatı bu gün Ərbəin ziyarəti ilə bağlı xidməti fəaliyyətlərə start verdiyini bildirib.

Təşkilatın yaydığı bəyanatda qeyd olunur ki, İmam Hüseynin (ə) Ərbəin ziyarəti üçün xidməti planın icrası Həşdi-Şəbi Baş Qərargah rəisi Əbdüləziz əl-Məhəmmədəvinin göstərişi və Kərbəla valisi ilə əlaqəli şəkildə başladılıb.

Bəyanata əsasən, milyonlarla Ərbəin zəvvarına xidmət göstərilməsi şəraitinin yaradılması, təmizlik işlərinin aparılması, yolların hazırlanması və xidməti qurumlara dəstək verilməsi məqsədilə xüsusi texnika və peşəkar qüvvələr müqəddəs Kərbəla şəhərinin müxtəlif istiqamətlərindəki tapşırıq yerlərinə göndərilib.

Bəyanatın davamında bildirilir: "Bu addım dövlət, təhlükəsizlik və xidmət qurumları ilə koordinasiyalı şəkildə həyata keçirilən kompleks xidməti plan çərçivəsində atılıb. Məqsəd ən yüksək səviyyədə xidmət göstərmək, valiliyin səylərinə dəstək vermək və İmam Hüseynin (ə) Ərbəin ziyarətinin uğurla keçməsini təmin etməkdir".

4364544

captcha