IQNA

Bəsrədə avtomobilin Ərbəin zəvvarlarını vurması nəticəsində faciə

12:38 - July 18, 2026
Xəbər sayı: 3500784
İQNA – İraq Səhiyyə Nazirliyinin məlumatına görə, Bəsrədə avtomobilin Ərbəin zəvvarlarını vurması nəticəsində 20-dən çox insan ölüb və yaralanıb.

“İQNA”, İraqın rəsmi xəbər agentliyinə (İNA) istinadən xəbər verir ki, İraq Səhiyyə Nazirliyinin sözçüsü Seyf əl-Bədr Bəsrə əyalətində baş verən hadisənin ilkin nəticələrinə görə azı 9 nəfərin öldüyünü, 12 nəfərin isə yaralandığını açıqlayıb. O, İraqın səhiyyə naziri Əbdülhüseyn əl-Musəvinin yaralıların vəziyyətini birbaşa nəzarətdə saxladığını vurğulayıb.

Əl-Bədr “İNA”-ya verdiyi açıqlamada bildirib: "Səhiyyə naziri tibb müəssisələrinə yaralılara təcili tibbi yardım göstərilməsi üçün bütün imkanların və təcili yardım qruplarının səfərbər edilməsi barədə göstəriş verib".

Bu arada, Bəsrə Əyalət Administrasiyası yaydığı bəyanatda bildirib ki, Bəsrə valisi Əsəd əl-İdaninin qərarı ilə İmam Hüseynin (ə) Ərbəin zəvvarlarının avtomobil qəzası nəticəsində həlak olması və yaralanması ilə əlaqədar əyalətdə üç günlük matəm elan edilib.

4364421

Teqlər: bəsrə ، Ərbəin ، İraq ، zəvvar
captcha