IQNA

İordaniyanın Əl-Əqsa məscidi ilə bağlı fövqəladə iclas keçirilməsi tələbi

22:22 - August 04, 2026
Xəbər sayı: 3500887
İQNA- Əl-Əqsa məscidində gərginliyin artması fonunda İordaniya ərəb və islam ölkələrinin fövqəladə iclasının keçirilməsinə çağırıb.

"İQNA"-nın "Ma'an" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, İordaniya Krallığı Qüdsdəki Əl-Əqsa məscidinin vəziyyəti ətrafında artan gərginliyə cavab olaraq, ərəb və islam ölkələrinin xarici işlər nazirlərinin fövqəladə iclasının keçiriləcəyini elan edib.

Əmman bildirib ki, bu iclas Əl-Əqsa məscidindəki mövcud vəziyyət üçün "yaxın təhdidlər" kimi qiymətləndirilən hallar fonunda çağırılıb. İordaniya xəbərdarlıq edib ki, mövcud qaydalarda ediləcək hər hansı bir dəyişiklik ciddi nəticələrə və regionda genişmiqyaslı dini gərginliyin alovlanmasına səbəb ola bilər.

İordaniyanın bu çağırışı məskunlaşan yəhudilərin Əl-Əqsa məscidinə ardıcıl basqınlarından sonra edilib. İordaniya hökuməti bu hərəkətləri tarixi və hüquqi status-kvonun pozulması kimi qiymətləndirib və İsrail qurumlarını orada mövcud reallığı dəyişməyə çalışmaqda ittiham edib.

Əmman vurğulayıb ki, Qüdsdəki müqəddəs yerlərin qəyyumu (himayədarı) olan İordaniya Krallığı, Əl-Əqsa məscidinin toxunulmazlığını pozan və ya mövcud qaydalarını dəyişən hər hansı birtərəfli addımı rədd edir.

Bu ərəb-islam iclasında Qüds və müqəddəs yerlərlə bağlı siyasi və diplomatik mövqelərin koordinasiyası ilə yanaşı, gərginliyin regionun təhlükəsizlik vəziyyətinə təsiri və son hadisələrlə mübarizə yollarının müzakirə olunacağı gözlənilir.

4368090

captcha