“İQNA”-nın Fələstin İnformasiya Mərkəzinə istinadən verdiyi məlumata görə, bu hərəkat vurğulayıb ki, şəhidlərin dəfn mərasimi sionist rejimin görünməmiş cinayətkarlıq miqyasını əks etdirib.
Müqavimət Komitələri əlavə edib: Şəhidlərin cəsədlərinin bu qədər uzun müddət dağıntılar altında qalması və onların çıxarılmasına qəsdən mane olunması, sionist rejimin və onun havadarlarının qara işlər siyahısında daha bir səhifədir; uşaqların, qadınların və qocaların qanına bulaşmış bir siyahı.
Hərəkat bəyan edib: Sionist rejim bəşəriyyətə qarşı ən dəhşətli cinayətləri törətməkdən çəkinmir; həm də dünyanın rüsvayçı sükunu və qətliamları dayandırmaqda, günahkarları mühakimə etməkdə uğursuzluğa düçar olan beynəlxalq qurumların aşkar acizliyi şəraitində.
Müqavimət Komitələri bildirib ki, bu sükut və hərəkətsizlik Fələstin xalqına qarşı soyqırımı müharibəsinin davam etməsi üçün siyasi və əxlaqi bir örtük yaratmışdır.
Qəzzə xalqı çərşənbə axşamı, avqustun 4-də, Fələstində ən böyük kütləvi dəfn mərasimi kimi xatırlanan bir mərasimdə "Əbu Şəriə" və "əl-Həsayinə" ailələrindən olan 112 şəhidin cənazəsini yola salıb.
Bu şəhidlərin cənazələri 2023-cü il noyabrın 22-də sionist rejimin dağıtdığı yaşayış kompleksinin dağıntıları altından çıxarılıb; 308 fələstinlinin şəhid olduğu bu qırğında qurbanların bir hissəsinin cəsədləri hələ də dağıntılar altındadır, bəzilərinin cəsədlərindən isə bombardmanların şiddətindən heç bir əsər qalmayıb.
Bu, sionist rejimin Qəzzə zolağını bombardman etməsi nəticəsində törədilən ən ağrılı qırğınlardan biri hesab olunur.
4368121