İQNA – İmam Hüseynin (ə) müqəddəs ziyarətgahında fəaliyyət göstərən Qurani-Kərim Elmi Məclisi Peyğəmbər-Əkrəmin (s) vəfatının ildönümü ilə eyni vaxta təsadüf edən günlərdə Dəvaniyyə vilayətində iki Quran stansiyası vasitəsilə Qurani xidmətlər göstərməyə başlayıb.
“İQNA”-nın “Əl-Kəfil”ə istinadən verdiyi xəbərə görə, Dəvaniyyə şəhərində Qurani-Kərim İnstitutunun məsulu Xalid əl-Əbadi bu barədə bildirib ki, Peyğəmbər-Əkrəm, həzrət Məhəmmədin (s) vəfatının ildönümü münasibətilə biri vilayətin mərkəzində, digəri isə Şamiyyə bölgəsində olmaqla iki Quran stansiyası yaradılıb.
Bu stansiyaların yaradılmasında məqsəd müqəddəs Nəcəf şəhərinə yollanan zəvvarlara Qurani, mədəni və dini maarifləndirici xidmətlər göstərməkdir. Bundan əlavə, ziyarət ab-havasına uyğun müxtəlif proqram və fəaliyyətlər də bu stansiyalarda təşkil olunub.
O əlavə edib ki, bu layihə həmin institutun dini mərasimləri yad etmək və ziyarət yollarında Quran stansiyaları yaratmaqla zəvvarlara xidmət göstərmək istiqamətində həyata keçirdiyi səylərin bir hissəsidir.
Bu Quran stansiyaları zəvvarlara birbaşa xidmət göstərilməsi, Quranın öyrədilməsi və dini istiqamətləndirmənin bir arada təqdim olunduğu məkanlar kimi fəaliyyət göstərir. Bu təşəbbüs həmçinin müqəddəs Həzrət Abbas (ə) ziyarətgahının ziyarətlər və dini mərasimlər zamanı zəvvarlara müxtəlif xidmətlər göstərməyə sadiqliyini əks etdirir.
4369162