IQNA

15:06 - August 19, 2026
Xəbər sayı: 3500992

Fransanın futbol ulduzundan Qəzza ilə həmrəylik mesajı

İQNA – Fransalı futbol ulduzu Pol Poqba rəsmi “Instagram” hesabında Qəzzada dağıntılar və xarabalıqlar arasında olan fələstinli uşağın fotosunu paylaşaraq bu bölgənin əhalisi ilə həmrəyliyini ifadə edib.

“İQNA”-nın Fələstin İnformasiya Mərkəzinə istinadən verdiyi xəbərə görə, Poqba fotonun yanında belə yazıb: “Bunu görəndə necə kədərlənməyə bilərəm?” O, bu mesajla Qəzza zolağında davam edən soyqırımın yaratdığı faciələr qarşısında özünün idmanla bağlı problemlərinin nə qədər əhəmiyyətsiz olduğunu vurğulayıb.

Poqbanın bu mövqeyi onun özünün də futbol gələcəyi ilə bağlı qeyri-müəyyənliklərlə üzləşdiyi bir vaxtda səslənib. Fransanın “Monako” klubunun rəhbərliyi onun yenidən zədələnməsi və oyunlarda iştirakının azalmasının ardından futbolçu ilə müqavilənin qarşılıqlı razılaşma əsasında başa çatdırılması üçün danışıqlara başlayıb.

4370358

captcha