İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) “Əl-Mənar” peyk kanalının rəsmi saytına istinadən verdiyi xəbərə görə Seyid Həsən Nəsrullah - Livan “Hizbullah”ın (Livan İslami Müqavimət Hərəkatı) baş katibi, sabah, 16 fevral (həftənin bazar günü) Livan saat vaxtı ilə saat 20:30-da “Əl-Mənar” peyk kanalı vasitəsilə çıxış edəcək.
Seyid Həsən Nəsrullah - Livan “Hizbullah”ın (Livan İslami Müqavimət Hərəkatı) baş katibi, bu çıxışda region və dünyanın ən mühüm siyasi dəyişiklik və hadisələri barədə söhbət edəcək. Yayılan xəbərlərə görə Seyid Həsən Nəsrullah İran İslam Respublikasının “İslam İnqilabı”n 35-ci il dönümü haqqında danışacaq.