IQNA

Əmmar əl-Həkim İran xalqının dözümlülüyünü və müqavimətini yüksək qiymətləndirib

11:27 - June 13, 2026
Xəbər sayı: 3500531
Əmmar əl-Həkim İran xalqının dözümlülüyünü və müqavimətini yüksək qiymətləndirib
İQNA – İraqın "Milli Hikmət" cərəyanının lideri Seyid Əmmar əl-Həkim, Əhli-beyt (ə) Ümumdünya Assambleyasının baş katibi ilə görüşündə İran xalqının dözümlülüyünü və müqavimətini təqdir edərək, regionda yenidən gərginliyin qarşısını alacaq hərtərəfli həll yolunun tapılmasının vacibliyini vurğulayıb.

“İQNA”-nın Əl-Həkimin mətbuat ofisinə istinadən verdiyi məlumata görə, İraqın "Milli Hikmət" cərəyanının lideri və Əhli-beyt (ə) Ümumdünya Assambleyasının baş katibi Ayətullah Həsən Ramazani cümə günü Bağdadda görüşüblər.

Tərəflər bu görüşdə İslam dünyasının qlobal səviyyədəki vəziyyəti ilə bağlı müzakirələr aparıb və İran xalqının dözümlülüyünü tərifləyiblər.

Seyid Əmmar əl-Həkim və Ayətullah Ramazani regiona sabitliyi qaytaracaq və yenidən gərginliyin yaranmasına mane olacaq ədalətli və hərtərəfli həll yoluna nail olmağın vacibliyini vurğulayıblar.

Görüşdə İran İslam Respublikasına qarşı müharibənin dayandırılması, tərəflərin razılığını təmin edəcək və ölkələrin suverenliyini qoruyacaq bir razılığa gəlmək üçün dialoqa üstünlük verilməsi vurğulanıb.

İraqın "Milli Hikmət" cərəyanının lideri bildirib ki, İraq boğucu siyasi çıxılmaz vəziyyətdən çıxa bildi və qanuni hüquqlara sadiq qalaraq, ölkənin iqtisadi və maliyyə çağırışlarına uyğun bir iqtisadi şəxsiyyət vasitəsilə hökuməti formalaşdırdı.

Seyid Əmmar əl-Həkim görüşün sonunda deyib: "İraq hakimiyyətin dinc yolla ötürülməsi və etirazları bildirmək üçün qanuni institutlara müraciət etmək baxımından qabaqcıl bir nümunədir."

4357775

Teqlər: Əmmar həkim ، iran ، İraq ، müqavimət ، xalq
captcha