IQNA

Məhərrəmlik ərəfəsində İmam Hüseyn (ə) və Həzrət Abbasın (ə) hərəmlərinə qara vurulub

11:38 - June 13, 2026
Xəbər sayı: 3500533
İQNA – Məhərrəmlik ayının yaxınlaşması ilə əlaqədar Kərbəladakı İmam Hüseyn (ə) və Həzrət Abbasın (ə) hərəmlərinin divarları və həyətləri qara bayraqlar və matəm rəmzləri ilə örtülüb.

“İQNA”-nın "Kəfil" beynəlxalq kanalına istinadən verdiyi məlumata görə, Məhərrəm ayı ərəfəsində İmam Hüseyn (ə) və Həzrət Abbasın (ə) hərəmlərinin həyətlərində və Beynül-Hərəmeyndə qara bayraqların və matəm rəmzlərinin quraşdırılması layihəsinə başlanılıb.

Bu çərçivədə, İmam Hüseyn (ə) hərəminin baxım şöbəsinin rəisi Əbdülhüseyn Məhəmməd Məhərrəm ayı ərəfəsində hərəmdə qara yazılı parçaların və bayraqların quraşdırılmasına başlandığını elan edib.

O bildirib: "Bu tədbirlər Məhərrəmül-Həram ayını qarşılamaq və İmam Hüseynin (ə), onun ailəsinin və vəfalı səhabələrinin şəhadəti ilə bağlı matəm mərasimlərini əzəmətlə keçirmək üçün ali dini mərcəiyyətin nümayəndəsinin birbaşa göstərişi ilə həyata keçirilir."

Əbdülhüseyn Məhəmməd əlavə edib: "Məqsədimiz İmam Hüseyn (ə) hərəminin Məhərrəmlik mərasimlərini keçirmək üçün Kərbəlaya gələcək çoxsaylı zəvvarları və matəm saxlayanları qarşılamaq üçün ən yaxşı və ən səliqəli şəkildə hazırlanmasıdır."

Hər il Məhərrəm ayı yaxınlaşdıqda, İmam Hüseyn (ə) və Həzrət Abbasın (ə) hərəmləri xidməti layihələrin icrası və geniş koordinasiyalar vasitəsilə Əba Əbdillahın (ə) aşiqlərinə ev sahibliyi etməyə hazırlaşır.

 

4357789

captcha