İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə Ayətullah Cavadi Amuli təfsir dərsində (27 fefral) Saffat sursəinin ilk ayələrini açıqlayarkən 6-cı və 7-ci ayələrin - «إِنَّا زَیَّنَّا السَّمَاءَ الدُّنْیَا بِزِینَةٍ الْکَوَاکِبِ وَحِفْظًا مِنْ کُلِّ شَیْطَانٍ مَارِد» - təfsirində şeytanların meteoritlərlə qovulması barədə dedi: “Əgər bütün mələklər mücərrəd olsalar, bu zaman ayədəki “şeytanların qovulması” ifadəsi təmsili (məcazi, alleqorik, metaforik) mənada işlənmiş sayılacaqdır. Ustad Əllamə Təbatəbainin də (Əl-Mizan təfsirinin müəllifi) nəzərinə görə bu ifadə Qurani-Kərimdə təmsili mənada istifadə olunmuşdur. Əgər mələklərinin hamsının mücərrəd olmamasını desək, bu halda “şeytanların meteoritlərlə qovulması” ifadəsini həqiqi mənada başa düşə bilərik”.
Ustad Cavadi Amuli:
Allah-Taala 6 və 7-ci ayədə buyurur ki, biz ən yaxın göyləri ulduzlarla bəzədik. Və onu şər və pis cinlərin nüfuzundan qoruduq”. Bu ayədə iki əsas məqam var. Biri göylərin bəzədilməsi, ikincisi qorunması. İndi olar bilər ki, burada göylərdən məqsəd birinci göy və insanların görə bildiyi göy olsun. Və göydəki bu ulduzlar qoruyucudurlar və mələklər onların vasitəsi ilə şeytanların hücumların qarşısını alır və onları qovurlar.
Bu ayələrdən məlum olur ki, insanlara məlum olmayan göylər də vardır ki, oraya şeytan və cinlər də nüfuz edə bilmirlər. Çünki Allah-Talla Quranda buyurur ki:
إِنَّ الَّذِینَ کَذَّبُوا بِآیَاتِنَا وَاسْتَکْبَرُوا عَنْهَا لَا تُفَتَّحُ لَهُمْ أَبْوَابُ السَّمَاءِ؛
Biz, o kəslərə ki, bizim ayələrimiz yalan saydılar və təkəbbür edərək qəbul etmədilər, göylərin qapısını onların üzünə bağlamışıq”.
Bu ayəyə görə insanların öyrəndikləri ulduz və planetlərdən başqa da göylər vardır ki, orda qoruyucu ulduzlar var və mələklər onlar ilə şeytanları qovurlar. Bəlkə Peyğəmbər (s) maraca gedən də həmin göyə getmişdir və o göyün qapıları kafirlərin üzünə bağlıdır.
Ustad Əllamə Təbatəbainin fikrinin izahı
Allah-Taala bəzi məsələləri təmsil və məcaz yolu ilə izah etmişdir. Əgər bütün mələklərin mücərrəd olduqlarını desək şeytanların daşlar ilə qovulması da təmsili olar bilər.
Yəni mələklərin şeytanları daşlaması həm təmsil və həm də həqiqət ola bilər. Əllamə Təbatəbai bunu Quranın təmsillər sinxindən bilir. Bu mənada mələklər göyləri şeytanlardan qoruyurlar, amma ox və kamansız. Ulduzlar da həm göyün zinəti və həm də qoruyuculardır. Amma kamana qoyularaq atılan ox deyildirlər.
Amma əgər hədislərdə gəldiyi kimi, biz mələklər üçün şəffaf cism və bədənlər nəzərə alsaq ki, namaz qılırlar, dua edirlər və müxtəlif işlər görürlər və hər birisinin öz xüsusi tapşırığı var, bu zaman biz bu ayəni həqiqi mənada da işlədə bilərik.