İqna Quran Xəbər Agentliyi (İQNA): Mosque-lyon xəbər agentliyinin verdiyi məlumata görə, Fransanın müxtəlif şəhərlərindəki məscidlər ölkədə keçirilən mədəni miras günlərində müsəlmanların ibadət etdikləri məkanları göstərmək və İslam dini qaydalarını izah etmək məqsədilə qeyri-müsəlmanların üzünə öz qapılarını açıb.
Xatırladaq ki, keçən həftə də Fransanın ən fəal məscidi olan Lionun baş məscidi şəhər əhalisini İslami ibadət mərkəzlərinin qurucuları, həmçinin müsəlmanlarla yaxından tanış olmalarını təmin etmişdi. Bu məscid digər İslami mərkəz və məscidlərə nümunə olaraq insanlara İslam dininin həqiqətlərini yetərincə göstərmək üçün bu yöndə fəaliyyətlərini davam etdirir. 862987