İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə Şiələrin Ali Dini Mərcəi Həzrət Ayətullah Üzma Safi Gülpayqani "Fiqh və Fəzilətin böyük universiteti" adı altında bir yazıda İmam Sadiqin (ə) şəhadət günü münasibəti ilə vurğuladı: Bütün müsəlmanlar əza məclisləri qurmaq, moizə və xütbələr söyləmək, İmam Sadiqin (ə) elmi və əməli fəzilətlərini bəyan etmək, əzadarlıq dəstələri yola çıxarmaq və s... ilə öz sevgi, hörmət və ehtiramlarını İsmət və Təharət Ailəsinə (ə) (Əhli-Beyt) bildirməlidirlər.
Yazıdan bəzi məqamlar:
Bismillahirrəhmanirrəhim
«يا أَیُّهَا الَّذينَ آمَنُوا اتَّقُوا اللّهَ وَ كُونُوا مَعَ الصَّادِقين»
(Ayətullah Safinin yazdığı şerinin qısa nəsri) - Din əhlinin müqtədası, hidayət günəşi, övliyaların fəxri, vilayət səmasının altıncı parlaq ulduzu Həzrət İmam Sadiq (ə) cəddinin dininə həyat verdi. Onun elm və əməlinin fəzilət sədası aləmi doldurdu. Fiqh məktəbi açdı. Onun məktəbində vəhyani elmlər dünyaya gəldi. Zamanın sayılıb-seçilən din və elm adamları onun məktəbinə yazılmaq üçün dilənən müflislər kimi sıraya durmuşdular...
İmam Saqid (ə) haqqında demək və yazmaqla onun fəzilətlərini minlərlə kitab və məqalədə sayıb qurtarmaq olmaz.
Onun (ə) fəzilətləri haqqında dost və düşmən, sünni və şiə (Ustad Əsəd Heydər, 5 cild; Ustad Əbu Zəhu – Əl-Əzhərin müəllimi) yüzlərlə kitab və məqalə yazıblar.
Hicri tarixinin ikinci əsrinin birinci yarısında yaranan siyasi və ictimai vəziyyət İmam Sadiqə (ə) bu fürsəti verdi ki, elmi bir hərəkət yaradaraq cəddinin dininə yenidən can versin. O həzrət məktəb açaraq müxtəlif İslam elmlərini tədris etdi. Dini elmlər şaxələndi. Böyük İslam alimləri onun elmi məktəbindən faydalandılar.
İslam dinin Əbu Hənifə, Malik bin Ənəs, Süfyan Suri, Süfyan bin Üyəynə, Şöbə, İbn Cürəyh, Qəttan, Məhəmməd bin İshaq, Əbu Əyyub Sicistani, Məhəmməd bin Müslim, Hişam bin Həkəm, Hişam bin Salim, Cabir Cöfi, Əəyən oğulları, Əəməş və s... kimi tanınmış şəxsiyyətləri İmam Sadiqin (ə) elmi məktəbindən faydalanmış və hədis öyrənmişlər.
İbn Üqdə özünün "Əsmaur-rical əlləzinə rəvu ənis-Sadiq (ə)" kitabında 4 mindən çox insanın adını O həzrətin (ə) şagirdləri sırasına yazmışdır.
Abbasi xəlifəsi olan Mənsur Dəvaniqi kimi bir şəxs də (ki, dəfələrlə İmamı (ə) şəxsən özü öldürmək fikrinə düşmüşdü) İmamın (ə) elmi məqamını inkar edə bilmir və etiraf edir: "Həqiqətn Cəfər o kəslərdəndir ki, Allah barəsində buyurmuşdur: Biz kitabı bəndələrimiz arasından seçdiklərimizə irs verdik!
«إنّ جعفراً كان ممّن قال الله فيه: «ثُمَّ أَوْرَثْنَا الْكِتابَ الَّذينَ اصْطَفَیْنا مِنْ عِبادِنا» و كان ممّن اصطفی الله و كان من السابقين بالخيرات»(تاريخ يعقوبی، ج3ص117).
Diqqət etməliyik ki, İmam Sadiq (ə) məktəbi təkcə dini elmlər deyil bəlkə dünyəvi elmlərində yaradılması və yayılmasında mühüm rol oynamışdır. Bunlardan Nücum, Riyaziyyat, Tibb, Kimya, Bitkitanıma və s... kimi elmlərə işarə etmək olar. Buna hədislər, Müfəzzəlin Tövhidi və Əhlilicə kitabları da şahidlik edir.
Əbu Hənifə (Hənəfi məzhəbinin imamı) deyir:
«مَا رَأَیْتُ أفقَه مِنْ جَعْفَر بْنِ مُحَمَّد» - (طبقات الحفاظ ذهبی؛ الطبقة الخامسة، ص166).
"(Fiqh elmində) Cəfər bin Məhəmməddən savadlı bir şəxs gömədim".
Həsən bin Vəşşa deyir: Mən Kufə məscidində 900 nəfər hədis rəvayət edən şeyx ilə görüşdüm ki, hamısı deyirdi: "Həddəsəni Cəfər bin Məhəmməd" – Xəbər verdi (hədis dedi) mənə Cəfər bin Məhəmməd! – (Nəcaşinin Ricalı).
İmam Sadiqdən (ə) Həcc əməlləri haqqında 400 hökmü ehtiva edən rəvayət nəql olunub. Əbu Hənifə bu barədə deyir: "Əgər İmam Sadiq (ə) olmasydə camaat Həcc ayinindən bir şey bilməzdilər!"
Peyğəmbər (s) buyurub:
«أُذَكِّرُكُمُ اللهَ فِی أَهْلِ بَیْتِی»
Allahı yadınıza salıram Əhli-Beytim (ə) barəsində!
«لَا تُعَلِّمُوهُمْ فَهُمْ أَعْلَمُ مِنْكُمْ»
Onları öyrətməyin, Onlar sizdən daha savadlıdırlar!
1281171