İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Qum şəhərində Həzrət Rüqəyyə (s) adına olan "Rüqəyyə (s) Quran Mərkəzi"nin "ruqayah.net" xəbər və informasiya portalına istinadən verdiyi xəbərə görə Şiələrin İraqdakı təqlid mərcəsi həzrət Ayətullah Üzma Seyyid Əli Sistani "Quran-Kərimin qeyri-müsəlmanlara, kafirlərə və səmavi dinlərdən olan "kitab əhli"nə (məsihi və yəhudi) satışı" barədə sualı cavablandırıb.
Ayətullah Üzma Seyyid Əli Sistanindən soruşulan sual və verilən cavabın mətnini təqdim edirik:
Sual: Əgər bilsək ki, kafir və "kitab-əhli" olan qeyri-müsəlmanlar Quranı oxumaq üçün istəyirlər, bu zaman onlara Quran kitabı satmağın hökmü nədir?
Cavab: Caizdir (satmağa icazə var, satmaq olar).
Sual və cavabın ərəbcə mətni:
السؤال : هل یجوز بیع المصاحف علی الکفار و الکتابیین ـ خاصة اذا علمنا بعدم قصدهم لاهانته بل للمطالعة؟
الجواب : یجوز.