IQNA

Livanlı alim:

Quran və İslam müsəlmanları vəhdət və məhəbbətə dəvət edir

15:14 - May 05, 2015
Xəbər sayı: 3259410
Beynəlxalq qrup: Şeyx Əhməd əl-Qəttan – Livanın əhl-sünnə alimi və "Qovluna vəl-əməl" birliyinin rəisi, öz çıxışında vurğuladı: Quran-Kərim və İslam müsəlmanları vəhdət və məhəbbətə dəvət edir.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "Livan Faylz" xəbər və informasiya protalına istinadən verdiyi xəbərə görə Əhməd əl-Qəttan – Livanın əhl-sünnə alimi və "Qovluna vəl-əməl" birliyinin rəisi, May ayının 3-də "Qovluna vəl-əməl" birliyi qərargahında etdiyi çıxışı zamanı dedi: Quran-Kərim və İslam müsəlmanları milli və İslami vəhdət, qardaşlığa, sülhə və məhəbbətə dəvət edir.



O, ərəblərdən və İslam ümmətindən istədi ki, təkfirçi terrorist cərəyanını və İŞİD və ən-Nüsrə təhlükəsini aradan aparmaq və məhv etmək üçün birləşsinlər və bu təhlükə ilə üzləşmək üçün bir-birinə kömək dursunlar.



Livanlı alim çıxışının sonunda deyib: Kinələrə, cahilliyə və təkfirçiliyə, İŞİD və Nüsrə kimi terrorist qruplara qələbə çalmaq üçün təkcə yolumuz müsəlmanların vəhdətidir.  



3249557 

Teqlər: vəhdət ، sünni ، şiə ، livan ، təkfir
captcha