IQNA

Almaniyada məscidə hücum edildi

11:30 - November 15, 2015
Xəbər sayı: 3451698
Tehran(İQNA) - Almaniyada məscidlərdən birinə 4 ədəd "Molotov kokteyli" atılıb.

Dünən Almaniyanın Köln şəhərindəki "Porz Mövlana" məscidinə hücum təşkil edilib. Saat 01:45 radələrində baş verən hücum zamanı məscidin qapısı qırılıb.

Türkiyənin Köln şəhərindəki baş konsulu Hüseyn Əmrə Əngin məscidə edilən hücumla bağlı açıqlama verərkən "Təhlükəsizlik kameralarındakı görüntülərdən hadisələr tam bəlli olmasa da, 2-3 nəfərin "Molotov kokteyli" atdığı görünür.

Daha da pis hadisələrin baş verməməsi üçün günahkarların tez bir zamanda tutulmasını istəyirik", - deyə bildirib.

"Porz Mövlana" məscidinə daha əvvəllər də iki dəfə hücum təşkil edildiyi qeyd edilir.

İslamazeri.az

Teqlər: almaniya ، məscid ، hücum
captcha