İQNA-nın (Beynəlxalq
Quran Xəbər Agentliyi) "əl-ümmətul-əxbariyyə” xəbər və informasiya portalına
istinadla verdiyi xəbərə görə, İŞİD terrorist qruplaşması özünün ilk qəzetini ərəb
dilində "Ən-Nəbə” adı ilə Liviyada nəşr etdi.
Bu qəzet Liviya
respublikasında İŞİD-in işğalı altında olan Sert və Dornə şəhərlərində yayılır.
İŞİD terrorçu
qruplaşmasının ilk qəzeti "Riyah əs-səlibiyyin və rayat ət-təvağit” (səlib küləkləri
və zalimlər bayrağı) tiri ilə çapdan çıxdı.
Qeyd edək ki, İŞİD
terrorçu qruplaşması bundan öncə "Dabiq” məcəlləsini İngilis dilində və virtual
olaraq nəşr edirdi.
"Ə`maq” xəbər
ajansı və "əl-həyat” xəbər və informasiya portal da İŞİD digər informasiya
vasitələridirlər ki, İŞİD və digər terrorçuların cinayətkar əməllərini
yayırlar.
http://iqna.ir/fa/news/3477317