IQNA

"Mənim üçün hicab" dünya kampaniyası

23:13 - May 08, 2016
Xəbər sayı: 3480427
Tehran, 08.05.2016 – Müsəlman qadınlar Facebook sosial şəbəkəsində "mənim üçün hicab #hijab to me" haştağı ilə kampaniya təşkil edərək dini örtük barədə yanlış təsəvvürlərlə mübarizə edirlər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "hafingten post" qəzetinin xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, müsəlman qadınlar Facebook sosial şəbəkəsində "mənim üçün hicab #hijab to me" haştağı ilə kampaniya təşkil edərək dini örtük barədə yanlış təsəvvürlərlə mübarizə edirlər.

Öz iş yerində, təhsil ocaqlarında və istənilən mühitdə hicabla gəzmək istəyənlər bu haştağı paylaşaraq kampaniyada iştirak edirlər.

Müsəlman qadınlar bu kampaniya vasitəsilə dini təsəttür və hicabın çox sayda rəng və model gözəlliyinin olduğunu göstərir, hicaba qarşı yaranmış mənfi təsəvvürlərə qarşı mübarizə aparır və müsəlman xanımlar haqqında yanlış fikirləri müsbətə doğru dəyişməyə çalışırlar.

Müsəlman qadınların kampaniya zamanı paylaşdığı şəkillər müsəlmanların və İslamın geyim modellərinin gözəlliyini və rəngarəngliyini əks etdirir və həmçinin Almaniyanın ölkə səviyyəsində geyim mədəniyyətinə öz təsirini qoymamış olmur.

Bu kampaniya müxtəlif sosial şəbəkələrdə, o cümlədən instaqram, tyuter və Facebookda həyata keçirilmişdir. Kampaniyanı təşkil edənlər bütün düyna müsəlman xanımlarından istiəyirlər ki, öz libas modellərini bu sosial şəbəkələrdə hicab haqqında izahl ilə birlikdə sərgiləyərək hicabı təbliğ etsinlər.

http://iqna.ir/fa/news/3495740


Teqlər: iqna ، hicab ، dini geyim ، təsəttür
captcha